Baş həkim xəstəxanadakı intiharın səbəbini AÇIQLADI

Baş həkim xəstəxanadakı intiharın səbəbini AÇIQLADI

Lerik Rayon Mərkəzi Xəstəxanasında intihar hadisəsi baş verib. Xəstəxanada anbardar işləyən Orucəli Baxışov xidməti otağında özünü asaraq öldürüb.

NOCOMMENT xəbər verir ki, hadisə ilə bağlı Modern.az-a açıqlama verən Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Maqsud Ağayev Orucəli Baxışovun ailə münaqişəsi zəminində intihar etdiyini bildirib.

“Orucəli sakit təbiətli işçi olub. Onun ailə problemi ilə əlaqədar intihar etdiyi deyilir. İşlə bağlı heç bir problemi olmayıb”, – deyə baş həkim vurğulayıb.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.