“Göygöl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini, baş həkim Eldar Muradov bu gün dünyasını dəyişib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Məlumata görə Eldar Muradov 3 may 1957-ci ildə anadan olub.
1982-1983-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasında, 1983-1994-cü illərdə rayonun Balçılı kənd xəstəxanasında həkim-pediatr, 1994-cü ildən etibarən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini vəzifəsində çalışıb.
2002-ci ildə poliomielit xəstəliyinin ölkədə ləğv edilməsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının gümüş medalı ilə təltif edilib.













