SON DƏQİQƏ! Qəzzadan dəhşətli xəbər gəldi

SON DƏQİQƏ! Qəzzadan dəhşətli xəbər gəldi

İsrail ordusunun 2023-cü ilin oktyabr ayından etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı 73 min 349 nəfərə çatıb. Yaralananların sayı isə 174 min 162 nəfərə yüksəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 48 saat ərzində İsrailin hücumları nəticəsində həlak olan 8 nəfərin cəsədi və 76 yaralı xəstəxanalara çatdırılıb.

Məlumata görə, 2025-ci il oktyabrın 10-da atəşkəs qüvvəyə mindikdən sonra İsrailin hücumları nəticəsində 1 222 nəfər həyatını itirib, 4 053 nəfər yaralanıb. Həmçinin dağıntılar altından 804 nəfərin cəsədi çıxarılıb.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə insanın cəsədinin qaldığı bildirilir./Musavat.com/