Qaxda ağır qəza - Ölən və yaralananlar var

Qaxda ağır qəza - Ölən və yaralananlar var

Qaxda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

NOCOMMENT.az xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedes" və " Niva" markalı avtomobillərin toqquşması nəticəsinə bir neçə nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə zamanı bir azyaşlının öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır./report.az/