Baş Nazir təhsillə bağlı sərəncam imzaladı

Baş Nazir təhsillə bağlı sərəncam imzaladı

Təhsil Nazirliyi peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydasına dair təkliflərini hazırlayacaq.

NOCOMMENT xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Təhsil Nazirliyi Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Təhsil haqqında” qanuna uyğun olaraq, peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydasına dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.