Ucarın Qaradağlı kənd məktəbində şagirdin intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Bu barədə NOCOMMENT-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
“Qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, Ucar rayonunun Qaradağlı kənd məktəbində kənd sakini, 13 yaşlı F.M.-in (qız) sinif yoldaşı L.B. (qız) tərəfindən təhqir edilməsi və döyülərək xəsarətlər yetirməsi barədə məlumat yayılıb. Bildirilib ki, bu hadisədən sonra F.M. intihara cəhd edib və bilək nahiyəsini kəsib.












