Baş Prokurorluqda yeni idarə rəisi təyin olunub

Baş Prokurorluqda yeni idarə rəisi təyin olunub

Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinə yeni rəis təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş prokurorun böyük köməkçisi Tural Aslanov tutduğu vəzifədən azad olunaraq Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi təyin edilib.

Kamran Əliyevin digər əmri ilə Rövşən Abdullayev Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə rəis təyin olunub.