BDU tələbələri yemək qiymətlərinə etiraz edir – VİDEO

BDU tələbələri yemək qiymətlərinə etiraz edir – VİDEO

Bakı Dövlət Universitetinin tələbələri universitet bufetlərində yemək qiymətlərinin yüksək olması ilə bağlı narazılıqlarını ifadə edirlər. Tələbələr bildirirlər ki, hər il qiymətlər müəyyən qədər artır, amma yeməklərin keyfiyyəti demək olar ki, dəyişmir.

NOCOMMENT.az xəbər verir ki, tələbələrdən biri paylaşdığı videoda göstərir ki, bir dürümün içində 60–70 faiz kahı var. Eyni zamanda, digər yeməklərin də keyfiyyətsiz və bəzən boyat məhsullardan hazırlandığı qeyd olunur.

Tələbələr vurğulayırlar ki, bu məbləğlər onların üçün böyük yükdür və qiymətlər artırılırsa, ən azı yeməklərin keyfiyyəti də artırılmalıdır. Onlar məsələ ilə bağlı universitet rəhbərliyindən tədbir görülməsini tələb edirlər.