Bəxtiyar Hacıyevdən son xəbər: Həkim danışdı

Bəxtiyar Hacıyevdən son xəbər: Həkim danışdı

“Bu gün saat 12:30-da Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar hissəsində müşahidə altında olan təqsirləndirilən şəxs Bəxtiyar Hacıyevlə görüşdüm. Görüşə vətəndaş cəmiyyəti üzvlərinin çoxsaylı müraciətləri əsasında Ədliyyə Nazirliyinin Tibb İdarəsi tərəfindən icazə verilmişdi”.

NOCOMMENT xəbər verir ki, bu barədə həkim-professor Adil Qeybulla sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, müayinə prosesi Tibb İdarəsinin həkimlərinin iştirakı ilə aparıldı: “Bəxtiyar bəyin vəziyyəti kafidir, mülayim başgicəllənmədən şikayət edir. Hemodinamik göstəricləri stabildir: arterial təzyiqi 110/70, nəbzi 80, səkəri 5 mmol/l. Çəkisi 77.5 kq. Huşu aydındır, təmasa girmək və koordinasiya qabiliyyəti normal saxlanılıb. Həyatı üçün təhlükə yoxdur.

Ona aclıq aksiyasını dayandırmağı tövsiyə edildi.

2 saat müddətində infuziya aparıldı və söhbət etdik.

Əhval-ruhiyyəsi stabildir. Ailə üzvlərinə və bütün dostlara salam söylədi”.