Bıçaqlanan tamada haqqındakı şayiələrə son qoydu

Bıçaqlanan tamada haqqındakı şayiələrə son qoydu

Bir neçə gün öncə “Altun” sarayda bıçaqlanan tamada Yaqub Mehdiyev (Natiq Dağlaroğlu) xəstəxanadan görüntü yayaraq haqqındakı şayiəni yalanlayıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Natiq Dağlaroğlu toyda bıçaqlandığı barədə məlumatları təkzib edib.

“Haqqımda şayiələr yayıblar ki, Natiq Dağlaroğlunu toyda bıçaqladılar. Yanlış məlumatdır, toy mərasimində yox, toydan kənarda başıma gözlənilməyən belə bir hadisə gəldi. Hər birinizə dualarınız üçün təşəkkür edirəm. Hər kəs bilsin ki, yenidən həyata qayıtdım. Dediyim kimi toyda bıçaqlanmağım barədə yayılan məlumat düz deyil. Mən yaxşıyam və inşallah, yenidən bərabər olacağıq”.