Bir nəfər dənizdə boğuldu, digəri xilas edildi

Bir nəfər dənizdə boğuldu, digəri xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, dənizdə (“Zuğulba 3” sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) 2 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1 nəfər xilas olunub, digər şəxsin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.