Bu gündən istilik mövsümü başlayır

Bu gündən istilik mövsümü başlayır

Bu gün Bakıda və ölkənin digər bölgələrində istilik mövsümü başlayır.

NOCOMMENT xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən noyabrın 15-dən Bakıda və digər ərazilərdə (dağlıq və dağətəyi rayonlar istisna olmaqla) istilik verilir.

Xatırladaq ki, dağlıq və dağətəyi rayonlarda isə istilik mövsümü noyabrın 1-də başlayıb.

Qeyd edək ki, hazırda “Azəristiliktəchizat” ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3 800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt1 188 təsərrüfat obyekti istiliklə təmin edilir.