Bu rayonda su kəsiləcək

Bu rayonda su kəsiləcək

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

“Azərsu” ASC-dən NOCOMMENT-ə verilən məlumata görə, hazırda qurumun briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.

Səhmdar cəmiyyəti narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.