Bu şəhərdə su olmayacaq

Bu şəhərdə su olmayacaq

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

NOCOMMENT xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Hazırda ASC-nin briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq.