Əvvəl xaricdə təhsil proqramına müraciət edib məzun olanlar bu proqramda iştirak edə bilməzlər.
NOCOMMENT xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, əvvəlki proqramda qalib olmayanlar yeni proqram üzrə müraciət edə bilərlər: “Ədalətliliyin qorunması baxımından məzun olanların təkrar müraciəti məqsədəuyğun sayılmır”.












