Buraxılış imtahanları niyə 3 fənn üzrə keçirilir?

Buraxılış imtahanları niyə 3 fənn üzrə keçirilir?

Dünya praktikasında olduğu kimi, Azərbaycanda da qeyd olunan 3 fənn – tədris dili, riyaziyyat və xarici dil 1-ci sinifdən 11-ci sinfə qədər tədris olunur və fənn kurikulumlar üzrə standartlarının tələblərinə əsasən həyati bacarıqlar daha çox bu fənlərin mənimsənilməsi nəticəsində əldə edilir. Ona görə də buraxılış imtahanları məhz bu 3 fənn üzrə keçirilir.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-ın sorğusuna cavab olaraq DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib.

O qeyd edib ki, DİM buraxılış imtahanlarını keçirməyə başlayanda bu məsələ Təhsil Nazirliyi ilə də razılaşdırılmışdı: “Hazırda buraxılış imtahanı fənlərinə hər hansı dəyişikliyin edilməsi müzakirə olunmur”.