Buraxılış imtahanlarının apellyasiya cavabları niyə gecikir?

Buraxılış imtahanlarının apellyasiya cavabları niyə gecikir?

Buraxılış imtahanının nəticəsindən narazı olan 6 minə yaxın abituriyent apellyasiyaya müraciət edib.

NOCOMMENT xəbər verir ki, Dövlət İmtahan Mərkəzində hazırda müraciətlərə baxılması prosesi davam edir.

Həmçinin, qeydiyyatdan keçən hər kəsin müraciətinə baxılacağı qeyd olunub.

Qeyd edək ki, 5-6 və 12-13 Mart tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələrilə bağlı çox sayda narazılıq vardı.