Biləsuvar şəhərinin Pərvin Əliyev küçəsi və “RTS-PMK” adlanan yaşayış massivlərində məskunlaşmış vətəndaşların qaz təchizatı şəbəkəsinə əlçatanlığının təmin edilməsi məqsədi ilə yeni çəkilmiş qaz xətlərinə “mavi yanacaq” verilib.
Bu barədə NOCOMMENT.az-a Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, proqram çərçivəsində 13 000 metrə yaxın müxtəlif diametrli polad borularla yerüstü qaz xətləri çəkilib, 2 ədəd qaztənzimləyici və 28 ədəd siyirtmə quraşdırılıb.
Bununla da qeyd edilən ərazilərdə mövcud olan 170 fərdi yaşayış evinin qaz təchizatı şəbəkəsinə çıxışı tam təmin edilib.













