DÇ-2022: Bu gün Argentina millisinin finaldakı rəqibi bəlli olacaq

DÇ-2022: Bu gün Argentina millisinin finaldakı rəqibi bəlli olacaq

Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq.

Meksika Futbol Federasiyasından Sezar Ramosun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç “Əl Bayt” stadionunda oynanılacaq.

Cütün qalibi finalda Argentina yığmasına rəqib olacaq. Məğlub tərəf isə 3-cü yer uğrunda oyunda Xorvatiya ilə üz-üzə gələcək.

DÇ-2022, yarımfinal, 14 dekabr

23:00. Fransa – Mərakeş

Baş hakim: Sezar Ramos
“Əl Bayt” stadionu

Qeyd edək ki, DÇ-2022-nin final matçı dekabrın 18-də keçiriləcək.