DƏHŞƏTLİ QƏZA: Avtomobil aşdı, xəsarət alanlar var

DƏHŞƏTLİ QƏZA: Avtomobil aşdı, xəsarət alanlar var

Daşkəsən rayonunda idarəetmədən çıxan minik avtomobili aşıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Təzəkənd kəndində baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb. Onlardan biri – Daşkəsən rayon sakini, 1975-ci il təvəllüdlü S.Abbasovun ayağı sınıb.

Digər 2 nəfər isə yüngül xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.