Sumqayıtda dənizdən 2 meyit tapılıb.
NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində qeydə alınıb. Belə ki, istirahət mərkəzlərinin birinin sahilindən kişi və qadın meyitləri tapılıb.
İlkin araşdırmalar zamanı həmin şəxslərin dünən axşam saatlarında Sumqayıt-Novxanı yolunun kənarındakı istirahət mərkəzində birgə dənizə girmələri məlum olub. Daha sonra suda boğulan şəxslərin meyitini dalğalar sahilə çıxarıb.
Dənizdə boğularaq ölən şəxslərin Sumqayıt şəhər sakinləri: 1988-ci il təvəllüdlü Paşayeva Vüsalə Çingiz qızı və 1993-cü il təvəllüdlü Əzizli Fərid Telman oğlu olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.












