Deputat kredit faizlərini azaltmağa çağırdı

Deputat kredit faizlərini azaltmağa çağırdı

Azərbaycanda bank kreditlərinin kəskin ucuzlaşdırılması təklif edilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Azərbaycan banklarında kreditlərin illik faiz dərəcəsi 20%-dən çoxdur, 5-6% olmalıdır. İnsanlar qazandıqlarının hamısını banka verir. Bank borcları, onların faizləri bu gün əsas problemdir”, – deyə o qeyd edib.

Millət vəkili həmçinin Azərbaycan banklarının tətbiq etdikləri cərimələrin silinməsini təklif edib.