“Şagirdlər imtahanların dəqiq qrafikinə və tarixinə fikir verməlidirlər”.
NOCOMMENT xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə feysbukda canlı yayım zamanı bildirib.
“Bəzi vaxtlar şagirdlər və abituriyentlər bir rayonda yaşayır, başqa rayonda yerləşən məktəbdə oxuyur. Onlar məktəb hansı rayondadırsa, həmin rayonun günündə imtahan verəcəklər. Konkret yeri isə bir həftə əvvəl bildirəcəyik” , – deyə DİM rəsmisi buraxılış imtahanlarının vaxtı ilə bağlı sualı cavablandırarkən bildirib.












