DİN-dən qanunsuz aksiya ilə bağlı açıqlama

DİN-dən qanunsuz aksiya ilə bağlı açıqlama

Sosial şəbəkələrdə dekabrın 15-də saat 12:00-da paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış qanunsuz aksiya keçirmək barədə çağırışlar edirlər.

NOCOMMENT xəbər verir ki, buna münasibət bildirən DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, belə çağırışlardan artıq xəbərdardırlar.

“Dekabrın 1-də olduğu kimi bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcəkdir. Bu zaman yarana biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcəkdir”.