DİN Səfər Mehdiyevi saxlayan polis əməkdaşlarının işdən çıxarılması iddialarına münasibət bildirib

DİN Səfər Mehdiyevi saxlayan polis əməkdaşlarının işdən çıxarılması iddialarına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polislərinin işdən çıxarılması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev NOCOMMENT-ə bildirib ki, yol polislərinin daxili işlər orqanlarından xaric olunması iddiaları əsassızdır.

“Bu məlumatlar həqiqəti əks etdirmir”, – deyə DİN rəsmisi vurğulayıb.