Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu gizir Əlizadə Tərlan Rafiq oğlu yaşadığı xidməti mənzildə intihar edib.
DSX-nin Mətbuat Mərkəzindən NOCOMMENT-ə verilən məlumata görə, faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.












