DSX: Xarici xüsusi xidmət orqanlarına işləyən azərbaycanlı…

DSX: Xarici xüsusi xidmət orqanlarına işləyən azərbaycanlı…

Son bir il ərzində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən bir nəfər Azərbaycan vətəndaşı saxlanılıb və 6 nəfər şübhəli şəxs qismində müəyyənləşdirilib.

NOCOMMENT xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb: “Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 14 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib”.