Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
NOCOMMENT xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə xaricdə yaşayan şahidlərdən birinin məhkəməyə göndərdiyi məktub elan edilib.
Şahid bildirib ki, pandemiya ilə əlaqədar Azərbaycana gələ bilmir və prosesə qatılması mümkün deyil. Şahid istintaqa ifadəsini təsdiqləyib.
Proses dekabrın 17-də davam etdiriləcək.












