Eldar Mahmudovun əmisi oğlunun məhkəməsi başladı

Eldar Mahmudovun əmisi oğlunun məhkəməsi başladı

Baş Prokurorluq tərəfindən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başlayıb.

NOCOMMENT-in apa-ya istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, V.Mahmudovun vəkili xəstə olduğundan prosesdə iştirak etmir.

Bu səbəbdən məhkəmənin ilkin baxışı fevralın 7-nə təyin edilib.

Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib.