Ələkbər Yasamallı Azərbaycanı tərk edib

Ələkbər Yasamallı Azərbaycanı tərk edib

Meyxanaçı Ələkbər Yasamallı hazırda Almaniyadadır.

NOCOMMENT baku.ws-ə istinadən xəbər verir ki, bu barədə “Təsir dairəsi” verilişinə qonaq olan prodüser Ataş Hüseynov bildirib.

Onun sözlərinə görə, Yasamallı artıq 6 aydır Almaniyada yaşayır. O, sözügedən ölkədə yaşamaq üçün icazə almaq istəyir.

Qeyd edək ki, Ələkbər Yasamallı meyxanaçı Rəşad Dağlının qətlə yetirdiyi İskəndər Mehtiyevin yaxın qohumudur.