Elektron gömrük bəyannamələrinin sayında rekord göstərici

Elektron gömrük bəyannamələrinin sayında rekord göstərici

2021-ci ildə elektron gömrük bəyannamələrin sayında rekord göstərici qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abbasov deyib.

O qeyd edib ki, elektron gömrük bəyannamələrinin sayının aşağı göstəricisi 2020-ci ildə qeydə alınıb. Bunun səbəbi isə pandemiya ilə əlaqədar ölkəyə idxalın azalması idi:

“2021-ci ildə elektron gömrük bəyannamələrinin sayı ən yüksək həddə çataraq, 13 milyon 250 min ədəd olub”.