Ərəblərin yaraladığı qız özünə xəsarət yetiribmiş

Ərəblərin yaraladığı qız özünə xəsarət yetiribmiş

Daxili İşlər Nazirliyi (DİN) Bakıda turistlərin evinə qonaq gedən qadının döyülməsi ilə bağlı məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, qadının döyülüb xəsarət yetiriməsi ilə bağlı iddialar əsasızdır.

Qeyd edilib ki, hadisə baş verən ünvanda qadının özü-özünə xəsarət yetirməsi ilə bağlı görüntülər var.

Rəsmi məlumata görə, iddiaların təfərrüatları Səbail Rayon Polis İdarəsinin 39-cü Polis bölməsində araşdırılır.