Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidməti yedək gəmilərinin təsnifat cəmiyyətində illik baxışdan keçirilməsi xidmətinə dair elan etdiyi satınalmanı ləğv edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müsabiqədə iştirak üçün təklif və təklifin təminatını təqdim edən, həmçinin tələb olunduğu halda müvafiq lisenziyaya malik olan təchizatçıların sayı qanunvericiliyin tələb etdiyi minimum həddə – yəni üçə çatmayıb.
Ləğv mətni rəsmi sənəddə belə göstərilib:
Müsabiqəyə təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması səbəbilə müsabiqənin tamamlanması mümkün deyil. “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci maddəsinə əsasən açıq tender müsabiqəsi ləğv olunsun.











