FHN Şəmkirdə baş verən ağır qəza ilə bağlı məlumat yayıb

FHN Şəmkirdə baş verən ağır qəza ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkirdə baş vermiş ağır yol qəzası barədə məlumat yayıb.

FHN-dən NOCOMMENT-ə verilən xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili elektrik dirəyinə çırpılıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.