Fövqəl XRONİKA: Gün ərzində 51 yanğın – VİDEO

Fövqəl XRONİKA: Gün ərzində 51 yanğın – VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün baş verən hadisələrin əməliyyat görüntülərini yayıb.

FHN-dən NOCOMMENT-ə verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 7 nəfər xilas edilib.

Nazirlik həmçinin ötən gün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində baş vermiş yanğının söndürülməsi prosesindən də kadrlar yayıb.