Məşhur futbolçu Nabil Fekir Fransa klubunun qeyri-adi tələbindən sonra “Lion”dan “Betis”ə keçib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “RMC Sport After Foot” podkastına istinadən “A Bola” məlumat verib.
Bildirilir ki, hadis 2019-cu ildə baş verib. “Lion”da fransız yarımmüdafiəçidən saqqalını qırxmaq tələb edilib. Klub bunu Fekirin saqqalının İslamın simvolu kimi qəbul edilməsinin istəməməsi ilə izah edib.
Bu xahiş müsəlman futbolçunun xoşuna gəlməyib və bu, onun klubdan getməsinə səbəb olub.












