Gəncədə baş verən müəmma hər kəsin gözü qarşısında baş verib.
Belə ki, Gəncə şəhər icra başçısı Niyazi Bayramovun tapşırığı ilə Prezidentin üç gün öncə Gəncəyə səfəri çərçivəsində yollarda “abadlıq” işləri aparılıb.
NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə Gəncəylə bağlı paylaşılan video və fotolarda məlum olub ki, “Nizami” küçəsində Bayraq meydanına yaxın körpünün yanında səki kənarına əkilən ağacları Prezident gedəndən sonra çıxararaq maşına yığıb aparıblar.
Paylaşılan görüntülər sosial şəbəkədə insanlar tərəfindən bir mənalı qarşılanmayıb. Bildiriblər ki, Gəncə şəhərində bu kimi özbaşınalıqlar baş alıb gedir.
Bu yaxında Gəncə çayının quruması və Gəncə çayının ətrafında salınan bulvarın dağıdılması, vaxtilə abadlaşdırılmış şəhər yollarının indi bərbad hala düşməsi ilə də bağlı faktlar yayılmışdı.
sfera.az












