Gəncədə ana və iki övladı dəm qazından zəhərləndi

Gəncədə ana və iki övladı dəm qazından zəhərləndi

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Ramilə Huseynova onun övladları 2010-cu il təvəllüdlü Fatimə Huseynova və 2012-ci il təvəllüdlü Mədinə Huseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, ana və övladları yaşadıqları evdə dəm qazından zəhərləniblər.
APA