Gəncədə ata və qızını avtomobil vurdu, ölən var

Gəncədə ata və qızını avtomobil vurdu, ölən var

Gəncə şəhərində ata və qızını avtomobil vurub, onlardan biri dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, Gəncə şəhər ərazisində minik avtomobili 1985-ci il təvəllüdlü C.Ələsgərov və onun 5 yaşlı qızı M.Ələsgərovanı vurub.

Müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilən piyadalardan M.Ələsgərova müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.