Gəncədə ev sahibi yanaraq ölüb

Gəncədə ev sahibi yanaraq ölüb

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə ev sahibinin yanaraq ölməsi ilə bağlı məlumat yayıb.

FHN-dən NOCOMMENT-ə daxil olan məlumatda deyilir:

“Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 400 m² olan birmərtəbəli altı otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1948-ci il təvəllüdlü Hüseynov Tofiq Müseyib oğlunun (yataq xəstəsi) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”.