Gəncə şəhərində qadın əri tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs isə sonra özünü bıçaqlayaraq intihar edib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, Gəncə şəhər ərazisində 1982-ci il təvəllüdlü H.Quliyeva gözlərindən bıçaq xəsarəti alıb və ağır halda xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən əri – 1965-ci il təvəllüdlü Səttar Qafar oğlu Cəlilov isə sonradan özünü bıçaqlayaraq intihar edib.
Hadisə Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.












