Gəncədə məhkəmə binası yanır

Gəncədə məhkəmə binası yanır

Gəncə şəhərinin Nizami rayonunda inzibati binada yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bu barədə NOCOMMENT.az-a FHN-dən bildirib.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğının məhkəmə binasında baş verdiyi bildirilir.