Goranboyda yaşayış binasının mənzilin tavanı çöküb – Rayon Mərkəzi Xəstəxanasının məlumatı (YENİLƏNİB) – VİDEO

Goranboyda yaşayış binasının mənzilin tavanı çöküb – Rayon Mərkəzi Xəstəxanasının məlumatı (YENİLƏNİB) – VİDEO

23.11.2025-ci il tarixində saat 06:20 radələrində yaşayış binasının uçması səbəbilə xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

NOCOMMENT.az xəbər verir ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasının məlumatına görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda 2 nəfərin müalicəsi Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

Digə şəxslərə isə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

***11:25

Goranboyda 5 mərtəbəli yaşayış binasının 1 ci mərtəbəsinin döşəməsini çökməsi zamanı xəsarət alanların kimlikləri məlum olub.

Nocomment.az– ın qərb bürosunun məlumatına görə xəsarət alanlar 1951-ci il təvəllüdlü Sənan Süleymanova və 1966-cı il təvəllüdlü Solmaz Məmmədovadır.

Məluamta görə onları müalicəsi xəstəxanada davam etdirilir.

***09:45

Goranboyda 5 mərtəbəli yaşayış binasının mənzilin tavanı çöküb.

Nocommetn.az-ın qərb bürosunun məlumatına görə Goranboy şəhərin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasının 1 ci mərtəbəsinin tavanı çöküb.

Goranboy rayon İcra Hakimiyyətinin FHK sədri Seymur Nazarov Nocomment.az-a bildirib binasının birinci mərtəbəsində yerləşən mənzilin tavanın çökməsi zamanı iki nəfər yüngül xəsarət alıb. Onun sözlərinə hazırda əraziyə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

S.Nazarov qeyd edib binanın sakinləri təxliyə olunub.