GÜNORTA buraxılışı: Paytaxt yollarındakı son vəziyyət

GÜNORTA buraxılışı: Paytaxt yollarındakı son vəziyyət

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında son vəziyyəti açıqlayıb.

Mərkəzdən NOCOMMENT-ə verilən məlumata görə, hazırda aşağıdakı küçə və prospektlərdə sıxlıq müşahidə olunur:

1. Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda, 20 Yanvar dairəsi istiqamətində;

2. Üzeyir Hacıbəyli küçəsində Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində;

3. 28 May küçəsinin Azadlıq prospekti ilə kəsişmədən başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində;

4. Tbilisi prospektində Heydər Əliyev adına İdman Sarayını keçdikdən sonra, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqamətində;

5. Azadlıq prospektində Sahib Zeynalov küçəsi ilə kəsişməsindən, Salatın Əsgərova küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Neftçilər prospekti istiqamətində;

6. Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Səməd Vurğun küçəsi istiqamətində.