20 yanvar 2024-cü il tarixdə Hacıqabul rayonunda “20 Yanvar” faciəsinin 34-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və kollektivi, rayon sakinləri və şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.












