Xural TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı ötən gün haqqında yayılan iddialarla bağlı canlı yayımda açıqlama verəcək.
NOCOMMENT xəbər verir ki, o, bu barədə yeniavaz-a danışıb.
Jurnalist bildirib ki, bu gün sosial şəbəkələr vasitəsilə iddialara cavab verəcək: “Bu gün saat 10-da sosial şəbəkə hesablarımda canlı yayım vasitəsilə iddialarla bağlı danışacağam. Bu barədə bütün suallara cavab verəcəyəm”.
Xatırladaq ki, ötən gün Xural TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alması barədə iddialar və bununla bağlı jurnalistin səs yazısı yayılıb.












