Hava hücumundan müdafiə bölmələrinin taktiki təlimləri keçirilib – VİDEO

Hava hücumundan müdafiə bölmələrinin taktiki təlimləri keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, praktiki atışlar zamanı heyətlər tərəfindən şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.

Şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.