Həftəsonu yol terroru: 7 ölü, 11 yaralı

Həftəsonu yol terroru: 7 ölü, 11 yaralı

Həftəsonu Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, avqustun 13-14-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib.

Qəzalar nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.