Həlak olan hərbçilərin valideynləri aksiya keçirdi

Həlak olan hərbçilərin valideynləri aksiya keçirdi

Bu gün saat 14 radələrində müxtəlif illərdə qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların bir qrup valideyni və qohumu 20 Yanvar dairəsində toplanıblar.

NOCOMMENT xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev qafqazinfo-ya bildirib ki, onların tələbi övladlarına və yaxın qohumlarına şəhidlik statusunun verilməsi olub.

Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılaraq aidiyyəti ünvana göndəriliblər.