Hərbçinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Hərbçinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğlunun baş vermiş yol qəzası nəticəsində ölməsi faktı ilə bağlı hazırda Gəncə Hərbi Hrokurorluğunda araşdırma aparılır.

Bu barədə NOCOMMENT-ə sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.